Azərbaycanın iqtisadçı alimi Qubad İbadoğlu Türkiyədəki böhranla bağlı özünün fikirlərini açıqlayıb.

Minval.info xəbər verir ki, azərbaycanlı alimin fikrincə, sürətli tədbir görülməsə, Türkiyə iqtisadiyyatı yaxın günlərdə çökəcək.

Qubad İbadoğlu yazır ki, Türkiyədə lirənin sürətlə dəyər itirməsinin başlıca səbəbi maliyyə-kredit və bank siyasətinin düzgün qurulmaması və çevik iqtisadi qərarların gecikdirilməsi ilə bağlıdır: “Əgər rəsmi dəvət alsam, qardaş ölkənin iqtisadiyyatını böhrana doğru gedən yoldan geri qaytarmağa töhfə verə bilərəm. Əks təqdirdə, siyasi bəyanatlar dayandırılmazsa, eləcə də adekvat iqtisadi qərarlar qəbul olunmazsa yaxın 10 gündə Türkiyə iqtisadiyyatı çökə bilər. Türkiyənin zəifləməsi bütövlükdə bölgənin maraqlarına, ayrılıqda isə Azərbaycanın mənafeyinə uyğun deyil”.

Göründüyü kimi, Q. İbadoğlu bu problemin həllində Türkiyəyə öz köməyini də təklif edir.