Qaradənizin Krım sahillərində aparılan tədqiqatlarda suyun altından müharibə qalıqları çıxıb.

Minval.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi və Çoğrafi araşdırmalar mərkəzi tərəfindən Kırım sahillərində araşdırmalar aparılıb.

Suyun altında aparılan araşdırmalar nəticəsində 1 və 2-ci dünya müharibələri başda olmaqla, bir çox döyüşdən qalma hərbi sursatlar aşkar edilib.

Qalıqların içərisində 40 gəmi və təyyarə var. Bütün tapıntılar Krımın Sevastopol şəhərində müzeyə yerləşdiriləcək.

Qeyd edək ki, Krım Rusiya tərəfindən 2014-cü ildə işğal edilib.

Minval.info