[color=red]Dəhşətli görüntülər[/color]: sərnişin içərisində olduğu təyyarənin alovlanmasını lentə alıb - [color=red]VÄ°DEO[/color]“Şeremetevo” hava limanında təcili eniş zamanı alova qərq olmuş “Sukhoi Superjet 100” təyyarəsindəki sərnişinlərdən biri insanların təlaş-təşviş içində olmasına rəğmən, soyuqqanlılıq nümayiş etdirərək salonun aynasından həmin dəhşətli anları videokameraya çəkməyə belə özündə güc tapıb.

“Minval.info” həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Moskva-Murmanskı aviareysi üzrə havaya qalxdıqdan az sonra qəza enişi edən təyyarədəki 73 sərnişin və 5 ekipaj üzvündən 41-i həlak olub.