Türkiyə istehsalı “Çukur” teleserialı son günlər ölkəmizdə ən dəbdə olan ekran işidir.

“Çukuru”-un mafiya başçısı Vartolu da hər kəsin sevimlisinə çevrilən obrazdır. Vartolu personajının bu qədər rəğbətlə qarşılanmasının bir çox səbəbləri var:

Nə qədər mənfi tonlarda canlandırılmış obraz olsa da, Vartolu təmiz qəlbi, ailəsinə, xüsusilə də, anasına bağlılığı, ən çıxılmaz şəraitdə belə özünü göstərən yumor hissi ilə serialın ən önə çıxan obrazıdır.

Vartolunun bu qədər insanların qəlbinə yol tapmasında bu rola can verən aktyor Erkan Kolçak Köstendilin də böyük payı var. Köstendil maraqlı həyat yolu ilə diqqət çəkir. O, 1983-ü ildə Türkiyənin Bursa şəhərində anadan olub.

Əslində onun bu gün aktyor kimi çalışmasında həyatındakı uğursuzluq səbəb olur. Belə ki, Köstendil hər zaman futbolçu olmaq istəyib. Məktəbdə oxuyarkan “Bursaspor” futbol komandasında qapıçı kimi baxımlı oyun nümayiş etdirib.

Daha sonra İstanbul nəhəngi “Qalatasaray”-a transfer olunması üçün təklif gəlib. Yəqin ki, bu Köstendilin həyatında dönüş nöqtəsi olacaqdı. Ancaq müqavilə imzalamasına az qalmış işlər fərqli məcraya keçib.

Vartolu ile ilgili görsel sonucu

Aktyor həmin dövrü belə təsvir edir: “Qalatasaray”-da peşəkar fəaliyyət göstərmək üçün imza atmağa az qalmışdı. Birdən-birə Faruk Süren istefa verdi, komanda rəhbərliyində bütün daşlar oynadı. Mən də əlaqələrimi itirdim. Bir gecə çox əsəbiləşib, konservatoriyaya sənəd verməyə qərar verdim. Beləliklə, futbol karyeram hələ təzə başlamışkən bitdi”.

“Memar Sinan Gözəl Sənətlər” Universitetinin teatr fakültəsinə qəbul olan Erkan Köstendil yenə də özünü aktyor kimi görmürdü. Universitetin ilk günü ondan Şekspirin kim olduğunu soruşublar. Erkan “Romeo və Culyetta” filmindən Leonardo DiKaprionu tanıdığı üçün, “Şekspir DiKapriodur” cavabı verib.

Vartolu ile ilgili görsel sonucu

O, səhnə arxasında çalışmağı üstün tutub. Ancaq yenə bir uğursuzluq onu səhnəyə çıxmağa “razı salıb”. Universiteti təzəcə bitirdiyi vaxtlarda bir filmin gündəlik çəkiliş saatlarını müəyyən edirmiş.

Hər kəsin yuxusuz qaldığı uzun bir çəkiliş saatlarından sonra bir avtomobil qəzası baş verib və Köstendil buna özünün səbəb olduğuna inanıb. Kulisdə işləməkdən imtina edib və müxtəlif seriallarda köməkçi personajları canlandırıb.

Vartolu ile ilgili görsel sonucu

Onu “Kurtlar Vadisi Pusu”-da, “Güz Sancısı” filmindən xatırlayanlar var. Nəhayət, 2009-cu ildə “Sakarya Fırat” adlı serialda ilk dəfə əsas qəhrəmanı – Er Mahmud Karakum obrazını canlandırıb. Köstendil aktyor kimi tanındıqdan sonra, əgər futbola davam etsəydi, qapıçı karyerasında uğursuz olacağını yumorik tərzdə etiraf edib:

“Çevik, sürətli idim, amma futbolçu kimi əxlaqlı deyildim. Özümü yalandan yerə atırdım, qızlara şou göstərirdim. Bundan artıq məndən qapıçı olmazdı”.

Vartolu ile ilgili görsel sonucu

Köstedil müxtəlif eksperimental işlərə imzasını atıb, 2009-cu ildə Türkiyənin ilk “Facebook” serialı “Mukadderatı”n həm ssenarisini yazıb, həm də rejisorluğunu edib. “Torbacının esrarı”, “Suma” kimi filmlərlə beynəlxalq səhnələrə çıxıb, film festivallarında mükafatlar qazanıb. “Ulan İstanbul” teleserialında sərsəri həyatı yaşayan ancaq ürəyi təmiz, zarafatcıl Karlos obrazı ilə çox tamaşaçının ürəyinə yol tapa bilib.

Həm Karlos, həm də Vartolu obrazı, xüsusilə, qızların marağını cəlb edir. Erkan Köstedilin buna da özünəməxsus cavabı var: Karlos qadınların analıq duyğuları ilə sevilir, onlarda tüfeyli həyat yaşayan adamı tərbiyə etmək arzusu yaradır. Ancaq karyeramı gənc qızların heyranlığı üstündə qursam, həmin qızlar yaşlananda nə edəcəyəm bəs? (gülür – red)

Vartolu ile ilgili görsel sonucu

Günün 24 saatını yuxuda keçirə biləcəyini deyən Köstendil bu qədər tənbəl olması ilə yanaşı, fərqli layihələrdə özünü göstərə bilir. O, “Ulan İstanbul” bədii serialında Şəbnəm Bozuklu ilə birlikdə səsləndirdiyi “Yanarım” mahnısının sözlərini də özü yazıb.

Enerjili, həyat dolu, səmimi xarakteri və obrazları ilə Erkan Kolçak Köstendil öz uğurlu fəaliyyətini hələ uzun müddət davam etdirib, Türkiyənin ən sevilən aktyorlarından biri olmaq yolunda irəliləyir.

Dəniz

Minval.info