“Çukur”un Beyefendisi özündən 25 yaş cavan qızla nişanlandı

“Çukur” serialında Beyefendi obrazını canlandıran Burak Sergen özündən 25 yaş cavan sevgilisi Nihan Ünsal ilə nişanlanıb.

“Ölkə.Az” xəbər verir ki, 58 yaşlı aktyor bu yaxınlarda boşanıb.

Burak Sergen bir müddət əvvəl 19 illik ailə həyatını nöqtələmişdi. O, boşanmadan sonra bir müddətdir sevgili olduğu Nihan Ünsala evlənmə təklif edib. Aralarındakı yaş fərqinə əhəmiyyət verməyən cütlük dünən axşam nişanlanıb.