Türkiyənin ən çox izlənilən seriallarından olan “Çukur”a yeni aktrisa daxil olub.

“Qafqazinfo” xəbər verir ki, Ayça Ayşin Turan yeni mövsümdən etibarən sözügedən serialda yer alacaq. O, son olaraq “Hakan: Muhafız” serialında “Leyla Sancak” rolunu canlandırıb. 26 yaşlı aktrisanın serialda “Yamaç” rolunu canlandıran Aras Bulut İynemlinin sevgilisi olacağı ehtimal edilir.

Qeyd edək ki, gənc aktrisa “Şefkat Tepe”, “Dinle Sevgili” “Karagül”, “Sungurlar”, “Altınsoylar” və “Meryem” kimi seriallarda da rol alıb.