Rikardo Kuarejma

Kasıb bir ailənin övladı olan Rikarda Kuarejma 26 sentyabr 1983-cü ildə bir otaqlı daxmada dünyaya göz açır. 4 yaşında valideynləri boşanan Kuarejmanın qayğısına böyük qardaşı qalıb. Anası o zaman ailənin xərclərini ödəmək üçün 4 ayrı işdə eyni zamanda işləyib. Kuarejmanın futbolla ilk tanışlığı qardaşının sayəsində olub. Böyük qardaşının dəstəyi ilə Kuarejma “Sportinq Lisabon” klubunun uşaq komandasına daxil olur. Bu addım onun üçün çox şey demək idi. Çünki cinayətkarlığın adiləşdiyi bir yerdə böyüyən Kuarejmanın gələcəyi təhlükə altında idi.

“Futbolu heç sevmirdim”

Kuarejma bir reportajında uşaqkən futbolu sevmədiyini bildirib. Həmin dövr ağlında yalnız avaralanmağın və pis vərdişlərin olduğunu qeyd edən Kuarejma futbola başlamaq hekayəsini bu sözlərlə ifadə edir:

“Açığını desəm futbolla heç maraqlanmırdım ağlımda sadəcə digər uşaqlar kimi olmaq istəyi vardı. Özümü onlara bənzədib onlarla vaxt keçirmək istəyirdim. Qardaşım isə futbolla məşğul olurdu. Məni özü ilə birlikdə məşqə aparmaq istədi. Çox istəyirsənsə səninlə gələrəm, amma futbolu sevmirəm, boşu-boşuna məni aparma dedim. Yenə də getdik və məni məşqçi ilə tanış etdi, israrla istəmədiyimi desəm də həmin il komandaya daxil oldum. Daha sonra “Sportinq Lisabon” klubu qardaşım üçün gəldi və qardaşıma “futbol oynayan qardaşın haqda eşitmişik” dedilər. Mən hələ də futbolu sevmirdim, amma iki gün sonra imza atdım. U17 çempionatında Avropa çempionu olduqdan sonra futbol artıq mənim həyatımın ayrılmaz bir parçasına çevrilmişdi”.

İlgili resim

“Xokkeyçi olmaq istəyirdim”

Kuarejma 12 yaşında xokkeyçi olmaq istədiyini anasına deyir. Anası isə bu qərara etiraz edir. Futbolçu hadisəni belə xatırlayır: “12 yaşım olanda futbolu buraxıb xokkeylə məşğul olmaq istədim. Anam mənə əsəbiləşib dedi: “əgər futboldan əl çəksən, sənin xokkey oynamağına, ikincisi, çölə belə çıxmağına icazə verməyəcəm, üçüncüsü, dostlarınla görüşməyinə qoymayacağam”

Kuarejma U17 Avropa çempionatından qayıtdıqdan sonra “Sportin Lisabon” klubu onu B komandasına daxil edir. Beləliklə Kuarejmanın profesional futbol kariyerası başlamış olur.

Ricardo Quaresma ile ilgili görsel sonucu

Ronaldonu qabaqlayır

Rikardo qısa zaman ərzində öz istedadını nümayiş etdirir və A komandasına daxil olur. Komandada Kristiano Ronaldo ilə eyni mövqeydə oynayan oyunçu Ronaldodan üstün performans göstərərək əsas heyətə daxil olur. Ronaldo artıq Rikardonun əvəzləyicisi olmuşdu. Kuarejma “Mançester Yunayted” klubunun əfsanəvi baş məşqçisi Sir Alex Ferqussonun diqqətini Kristiano Ronaldodan əvvəl çəkməyi bacarır. Ancaq bu komandaların yoldaşlıq oyunu zamanı üstün oyun oynayan Ronaldo “Mançester Yunayted” klubuna transfer olur. Rikardo isə “Barselona”ya transfer olur.

ricardo quaresma ronaldo ile ilgili görsel sonucu

20 yaşında olan Kuarejma o zamanlar heç də yaxşı olmayan davranışları ilə seçilirdi. “Barçada oynuyarkən özümü dünyanın ən güclüsü hesab edirdim” deyə qeyd edən Kuarejma, baş məşqçi Frank Raykard ilə yola gedə bilmirdi. Frank Raykardın olduğu yerdə mən oynamam deyən Kuarejma “Porto” klubuna transfer olur. “Porto”da əvvəlki günlərinə qayıdan Rikardo ölkəsində iki il üst-üstə ilin futbolçusu adına layiq görülür.

Bundan sonra o, İtaliyanın “İnter” klubuna transfer olur. Atası cibgir olan Kuarejmaya eyni ad ləqəb kimi verilir. Kuarejma bu ləqəbi haqda “bir dəfə məktəbdə sinif yoldaşımın bir şeyi itir. “Cibgir” deyə tanındığımdan uşağın ailəsi məni günahlandırdı. Amma sonra hadisənin mənimlə heç bir əlaqəsinin olmadığı ortaya çıxır. Uşaq ikən mənə tez-tez “çox istedadlısan, ancaq, gəldiyin yerə görə çox irəli gedə bilməyəcəksən” deyirdilər. Bu sözlər məni daha da qamçılayırdı. Mən “Cibgir” adımla qürur duyuram” deyir.

Ancaq Kuarejmanın tək ləqəbi “cibgir” deyildi. “Sportinq Lisabon” da oynayarkən kamanda yoldaşları onu “Mustanq” adlandırırdı.

ricardo quaresma ronaldo ile ilgili görsel sonucu

Yenə nizamsız davranışlar

Kuarejma “Barselona”da Fran Raykardla yaşadığını “İnter”də Jose Mourinyo ilə yaşayır. Jose onu taktiki göstərişlərə əməl etmədiyinə görə əsas heyətdən uzaqlaşdırır. 2009-cu ildə “İnter” çempionlar liqasını qazanarkən Kuarejmanın heyətə alınmaması Kuarejmanı əsəbiləşdirir və o, klubu tərk edir.

Yeni səhifə, İstanbul macərası

Bundan sonra Kuarejma Türkiyənin “Beşiktaş” klubuna transfer olur. Onu İstanbulda minlərlə azarkeş qarşılayır. “Beşiktaş”da baxımlı oyun nümayiş etdirən Kuarejma azarkeşlərin sevimlisinə çevrilir. Xüsusilə “Travela” və “Rabonna” hərəkətlərini oyunlarda tez-tez sərgiləyən Rikardo, dünya mediasının diqqətini çəkir. UEFA rəsmi səhifəsində paylaşdığı bir videoda Kuarejmanın klas hərəkətlərindən bəhs edir. Videonun başlıq hissəsinə  isə “Travela necə edilir?” sözləri qoyulur.

Ricardo Quaresma ile ilgili görsel sonucu

Kimilərinə görə qəhrəman, kimilərinə görə pis oğlan…

Kuarejma gözəl oyunu ilə yanaşı oyunlar zamanı etdiyi mübahisəli hərəkətlərə görə tanınır. Bir çoxları onu bu hərəkətlərinə görə “xuliqan” adlandırsa da, Rikardo bununla razılaşmır:

– Məni pis vərdişləri olan biri kimi tanıyırsınız, hə?

– Bəli

– Mən heç zaman ağzıma siqaret və ya alkoqol almamışam. Media məni həmişə pis biri kimi tanıdıb. İçir dediyi alkoqolun heç vaxt dadına baxmamışam. Heç zaman siqaret çəkməmişəm. Gəldiyim yerlərə görə “Cibgir” adlandırılıram. Bəzi şeyləri dəyişdirə bilməzsən”.

Kənardan baxıldıqda özünü bəyənmiş kimi görünsə də Kuarejmanın “Beşiktaş”da ən yaxın dostu top daşıyan Sureyya Sonerdir.

Tamerlan Mehdi

Minval.İnfo