“İndi çoxunun pul verib girə bilmədiyi yerə mən salam verib girirəm”.

Axşam.az-a istinadən bildirir ki, bu sözləri rejissor Kənan M.M. “ATV maqazin onlarla” verilişində deyib. Hazırda Türkiyədə “Savaşçı” serialında çəkilən rejissor Bakıdan getməsinin səbəbini açıqlayıb:

“Hər kəs öz niyyətinin çörəyini yeyir. Qəbul olunmursansa, demək deyil ki, sən yanlışsan. Bu, o deməkdir ki, sən təksən. Azərbaycanda çəkdiyim, oynadığım filmlər baxılmadı. Amma orada telefonla çəkdiklərimi göstərəndə əvvəl mənə Kənan bəy deyirdilər, sonra “hocam” dedilər.

İlk dəfə Türkiyəyə gedəndə bu qədər uzun qalacağımı düşünmürdüm. Çünki canlandırdığım Bəxtiyar obrazının hekayəsi zəif idi. Amma indi hekayə tutdu deyə, böyütdülər. Orada taksidə, gəmidə gedəndə “Azərbaycanlı aktyor” deyirlər. Türkiyədə qonorar da çoxdur. Bir günün yemək pulu 6 min manat edir, gerisini siz düşünün”.