Dünən axşam futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Minval.info” xəbər verir ki, İngiltərənin “Tottenhem Hotspur” klubunu İtaliyada “Yuventus”la qarşılaşıb. “Zolaqlılar” 9 dəqiqəyə rəqiblərinin qapısından 2 top keçirib. Lakin ingilislər bunun cavabını verməyi bacarıb. “Tottenhem” rəqib meydanda bərabərlik əldə etməklə işini xeyli asanlaşdırıb.

Digər qarşılaşmada “Mançester Siti” İsveçrədə “Bazel”in qonağı olub. Oyun ingilislərin 4:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, cavab qarşılaşmaları martın 7-də keçiriləcək.

“Yuventus” – “Tottenhem Hotspur” – 2:2

Qollar : İquain 2, 9(p) (2:0), Keyn 35 (2:1), Eriksen 71 (2:2)

“Bazel” – “Mançester Siti” – 0:4

Qollar: Gündoğan 14 (0:1), Silva 18 (0:2), Aquero 23 (0:3), Gündoğan 53 (0:4)

Sani / Minval.info