Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, çərçivəsində 3 qarşılaşma keçiriləcək.

Növbəti raunda ilk vəsiqələr İsrail və Moldovadakı matçlarda sahibini tapacaq. Səfərdən məğlub dönən “Hapoel” və “Şerif” doğma azarkeşlər önünə çıxacaq. Sonuncuların “Şkendiya”nı mübarizədən kənarlaşdırmaq şansı az deyilsə, israillilərin möcüzəni gerçəkləşdirməsi inandırıcı deyil. Zaqreb “Dinamo”sunun 5 topluq üstünlüyü əldən verməsi mümkünsüz görünür.

Günün son matçı Slovakiyada keçiriləcək. Öz meydanında gözlənilməz məğlubiyyət alan “Legiya” çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

31 iyul

21:00. “Hapoel” (Beer-Şeva, İsrail) – “Dinamo” (Zaqreb, Xorvatiya)

İlk oyun – 0:5

21:00. “Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya)

İlk oyun – 0:1

22:30. “Spartak” (Trnava, Slovakiya) – “Legiya” (Varşava, Polşa)

İlk oyun – 2:0