Meksika hökuməti ekoloji xəbərdarlıq səbəbindən paytaxtda fövqəladə vəziyyət elan edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, havada yüksək dərəcəli çirklənmə səbəbindən paytaxtın Nesaulkoyotl rayonunun 158 yaşayış məntəqəsində ekoloji böhran yaşanır. Atmosfer çirklənməsinə səbəb isə güclü meşə yanğınları, uzun müddətdir davam edən isti hava və yağışın yağmamasıdır.

Hökumət insanalra açıq havaya çıxmamağı və mümkün olduqca qapalı yerdə qalmağı məsləhət görüb.