Milli Məclisin plenar iclasında çıxış edən deputat Çingiz Qənizadə dövlət rüsumlarının yüksək olması ilə bağlı vətəndaşların narazılıqlarını çatdırıb.

“Dövlət rüsumlarına yenidən baxmaq lazımdır. İcarə müqaviləsi ilə bağlı dövlət rüsumu 92 manatdır. Bu, həddən artıq çoxdur və narazılıq yaradır. Bəzən elə olur ki, vətəndaş icarə müqaviləsi bağlayır, bir-iki aydan sonra yeni müqavilə bağlanır və növbəti dəfə rüsum ödəməli olur. Üstəlik, icarə müqaviləsindən əlavə ödənişlər də var. Bir icarə müqaviləsinin 2-3 aydan bir 100-200 manat xərcləri var” – Ç.Qənizadə bildirib.

Deputat komitə sədri Ziyad Səmədzadəyə xitabən bu məsələyə yenidən baxılmasını xahiş edib.

Spiker Oqtay Əsədov isə deyib ki, belə məsələləri iclasa qədər müzakirə edib razılığa gəlmək lazımdır.