Müğənni Çingiz Mustafayev “Eurovision 2019” yarışmasındakı nəticələrin dəyişdirilməsini ələ salıb.

Minval.info-nun məlumatına görə, 7-ci pillədən 8-ə enən təmsilçimiz bununla bağlı sosial media hesabında paylaşım edib.

“Avropa yayım birliyi “Eurovision musiqi yarışması”nın nəticələrini dəyişdi. Çünki, Belarus juri səslərində yanlışıqlar baş verib. Mənim nəticəm 7-ci pillədən, 8-ci pilləyə gerilədi. Ümid edirəm ki, qalib olacağam. Növbəti həftənin qərarını gözləyirəm” – Çingiz bildirib.