Fransanın “Total” neft və qaz şirkəti ABŞ-ın yeni sanksiyalarını əsas göstərərək Fars Körfəzindəki Cənubi Pars Qaz Sahəsindən geri çəkilib.

Minval.info “qafqazinfo”-ya istinadən xəbər verir ki, bundan sonra layihədə 30 faizlik paya malik olan Çin Dövlət Neft Şirkəti (CNPC) “Total”ın layihədəki 50 faizlik hissəsini satın alaraq 80 fazi paya malik olub.

Beləliklə, CNPC şirkəti ən çox paya sahib olub.

Qeyd edək ki, ABŞ İrana tətbiq etdiyi geniş sanksiyalar 7 avqustda qüvvəyə minib. İranla əməkdaşlıq edən dövlətlər və şirkətlərin bu ölkə ilə əlaqələrə davam edəcəyi təqdirdə, onlara da sanksiya tətbiq ediləcəyi açıqlanıb. Bu səbəbdən yüzlərlə şirkət İranda fəaliyyətini dayandırıb.

 

Minval.info