12 yaşındakı uşağa çimərlikdə təcavüz edən manyakı döyərək xəstəxanlıq etdilər.

Minval.info xəbər verir ki, Türkiyənin Bodrum ərazisinə məxsus xalq çimərliyində insanların gözü qarşısında oğlan uşağına qarşı cinsi zorakılıq halı yaşanıb. Belə ki, 42 yaşlı Mahmud Ç. adlı şəxs çimərlikdə oğlan uşağına qarşı qeyri-etik hərəkətləri ilə insanların qəzəbinə tuş gəlib.

Hadisənin şahidləri söylədiklərinə əsasən, Mahmud Ç. 12 yaşlı oğlana yaxınlaşaraq onu sığallamağa başlayıb. Ətrafdakılar uşağın hərəkətlərindən həmin insanı tanımadığını müəyyən ediblər. Bir müddət sonra uşaq qışqırmağa başlayıb. Uşağın səsinə yığışan ətrafdakılar həmin şəxsi döyməyə başlayıblar.

Qadınlar da polisə xəbər verib. Gələn polislər insanların əlindən Mahmud Ç.-ni güclə alıblar. Xəstəxanadan çıxdıqdan sonra onunla bağlı həbs qəti imkan tədbiri görülüb.

Minval.info