Seria A-da keçirilən “Yuventus”-“Milan” oyunundan sonra sosial mediada paylaşılan foto matçın nəticəsini geridə qoyub.

Minval.info xəbər verir ki, “Milan”-ın gənc oyunçusu Raul Bellanova “Yuventus“-la oynanan matçdan sonra, kumir saydığı Kristiano Ronaldo ilə şəkil çəkdirib və bunu öz sosial şəbəkə hesabında paylaşıb.

Həmin paylaşımda Bellanovanın etdiyi diqqətsizlik səbəbindən “Yuventus”-un müdafiəçisi Giorge Çiellini kameraya çılpaq halda yaxalanıb.

Minval.info