Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Minval.info xəbər verir ki, bu gün “Mançester Yunayted” İngiltərədə “Sevilya”nı qəbul edəcək. İspaniyadakı qolsuz bərabərlik cavab görüşün maraqlı olacağından xəbər verir.

“Roma”  İtaliyada “Şaxtyor”la qarşı-qarşıya gələcək. İlk oyunda Ukrayna təmsilçisi minimal hesabla qalib gəlib.

 

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

 

İlk oyun – 1:2

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

 

İlk oyun – 0:0