Dünən futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olub.

Minval.info xəbər verir ki, “Mançester Siti” doğma meydanda “Liverpul”la qarşılaşıb. “Qırmızılar” demək olar ki, ilk oyunda növbəti mərhələyə vəsiqəni qazanmışdı. “Şəhərlilər” bunun belə olmadığını göstərmək üçün qarşılaşmanın 2-ci dəqiqəsində hesabda önə çıxdı. Lakin bu qol matçda “Mançester Siti”nin vurduğu yeganə qol oldu. “Qırmızılar” ikinci hissədə rəqibin qapısından 2 top keçirməyi bacardı. Hamının gözlədiyi kimi “Liverpul” yarımfinala adlamağı bacardı.

Günün digər qarşılaşması İtaliyada “Roma” ilə “Barselona” arasında keçirilib. Bu görüş isə sürpriz nəticə ilə sonlandı. İspaniyada “canavarlara”4:1 hesabı ilə qalib gələn katalonlar turnirlə vidalaşmalı oldu. Çoxları “Barselona”nın növbəti mərhələyə keçəcəyini düşünsələr də, “Roma” 3 cavabsız qolla bu fikirləri alt-üst etdi.

Beləliklə, “Roma” və “Liverpul” yarımfinal mərhələsində öz rəqiblərini gözləyirlər.

“Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə) – 1:2

Qollar: Qabriel Jezus, 2 – Məhəmməd Salah, 56. Roberto Firmino, 77

Baş hakim: Antonio Matyö Laos (İspaniya)

Mcançester. Şəhər stadionu

İlk oyun – 0:3

“Roma” (İtaliya) – “Barselona” (İspaniya) – 3:0

Qollar: Edin Ceko, 6. Daniele De Rossi, 57-penalti ilə. Kostas Manolas, 82

Baş hakim: Kleman Türpen (Fransa)

İlk oyun – 1:4