Bu gün Çempionıar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.

Minval.info xəbər verir ki, “Roma” (İtaliya), “Real Madrid” (İspaniya), “Bayern Münhen ” (Almaniya) və “Liverpul” (İngiltərə) finala gedən yolda rəqiblərini tanıyıblar.

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində “Real Madrid” “Bayern Münhen”lə, “Roma” “Liverpulla” düşüb.

Yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.