İngiltərənin “Çelsi” klubunun futbolçusu Sesk Fabreqas “Ginnesin rekordlar kitabı”na düşüb.

“Report”un məlumatına görə, ispaniyalı cinah oyunçusu Premyer Liqa qarşılaşmalarında 100 məhsuldar ötürmə həddinə hamıdan əvvəl çatıb. 31 yaşlı oyunçu əlamətdar ötürməsini 2016-cı il dekabrın 31-də “Stok Siti” ilə qarşılaşmada verib.

Beləliklə, Fabreqas bu həddə İngiltərə “Mançester Yunayted”inin sabiq futbolçusu Rayan Giqqzdən 74 matç tez qovuşub. O, “100”ə çatmaq üçün 293 oyun keçiribsə, rekordun əvvəlki sahibi Giqqzə 367 qarşılaşma lazım gəlib.