İngilis klubu Seria A-dan başqa bir oyunçunu transfer etmək niyətindədir. Daha öncə “Empoli” klubunda Maurizo Sarri ilə birlikdə çalışan oyunçunu Sarri “Çelsi”-də görmək istəyir.

Minval.İnfo “SkySport”-a istinadən xəbər verir ki, “İnter” klubu bu transferin müqailində 32 milyon pound pul tələb edir. Tərəflər artıq ilkin razılaşmaya gələ biliblər.

Zadəganlar bu transfer pəncərəsi qapanmadan, avqustun 9-na kimi bitirməyə çalışırlar.

Qeyd edək ki, “Çelsi” son olaraq “Napoli”-dən Jorqinyonu və “Hadrsfild”-dən qapıçı Robert Qrini transfer edib.

Tamerlan