Çeçen azarkeşlər Misir yığmasının futbolçusu Məhəmməd Salaha 26 yaşı olması münasibətilə çəkisi 100 kilo olan və qızıl butsla bəzədilmiş tort hədiyyə ediblər.

Minval.İnfo Oxu.Az-a  istinadla xəbər verir ki, Misir yığması Uruqvayla oyundan məyus halda otelə qayıdarkən maraqlı sürprizlə qarşılaşıblar.

Otelin lobbisində Misir və Çeçenistanın bayrağına bəzədilmiş tortu gördükdə futbolçuların üzü gülüb. Komanda yoldaşları Salah üçün “Happy birthday to you” mahnısını ingilis və ərəb dillərində oxuyublar.

Tədbir təşkilarçıları Salahın yalnız idmanda deyil, şəxsi keyfiyyətlərinə və xeyriyyəçilik əməllərinə görə çoxdan qızıl buts qazanmasına diqqət yetiriblər.