Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada baş verən hadisələrlə bağlı danışarkən ABŞ-a xəbərdarlıq edib.

Minval.info xəbər verir ki, nazir açıqlamasında bildirib ki, ABŞ tərəfi təhdidlərə davam edəcəyi halda Türkiyə ordusu Fərat çayının şərqində əməliyyatlara yenidən başlaya bilər. O, ölkəsinin belə bir addıma hər zaman hazırlıqlı olduğunu qeyd edib.

Nazim Hacıyev

Minval.info