Meyvələr sadəcə ləzzətli olmaqla kifayətlənmir, həm sağlamlığımız üçün böyük əhəmiyyət kəsb edir. 

Minval.İnfo-nun məlumatına görə, üzüm bədənə ən çox zərər verən sərbəst radikallarla mübarizə aparır, antioksidan xüsusiyyətini yaradır. Üzümün özü ilə bərabər dənəsi də olduqca faydalıdır.

Dənələri çox güclü bir antioksidandır.

Sərbəst radikallara qarşı mübarizə aparmaqla yanaşı siqaret, spirt kimi maddələrin bədəndəki təsirini azaldır.

Qan azlığının qarşısını alır və qanı təmizləyir. Yaşlanma təsirlərini azaldır.

Dəriyə faydalıdır. Elə buna görə də, kosmetika mağazalarındakı bir çox kremlərin tərkibində üzüm yer alır.

Beyin hüceyrələrini bəsləyir, xərçəngin meydana gəlməsinin qarşısını alır.

Böyrək və bağırsaqların işini asanlaşdırır, ürək böhranı riskini azaldır.

Xolesterolla mübarizə edərək ürək damarlarını tıxanmasını önləyir.

Ehtiva etdiyi yüksək miqdardakı kalium, şiş azaldıcı xüsusiyyətilə yüksək təzyiqi salır.

Üzümün tərkibindəki antioksidantlar, romatizma əlamətlərini önləyir.

Mira

Minval.İnfo