Mingəçevirdə elektrik stansiyasının 6-cı enerji blokunda baş verən qəza anı işıqların sönməsi “Xəzər” telekanalında yayımlanan “5/5” proqramına da təsir edib.

Klarnit ifaçısı Zahid Sabirabadlının ifası zamanı veriliş yarımçıq olaraq reklamlara bağlanıb. Bir neçə dəqiqə sonra efirə qayıdan proqramın aparıcısı Zaur Kamal işıqların söndüyü məlumatını verib.

Verilişdə sözügedən problemlə bağlı sonra hər hansı fasilə yaranmayıb.



Milli.Az