Yerdə can verən sevgilisinin videosunu çəkərək sosial şəbəkədə yayan qız həbs edilib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Fatma xan adlı qız və dostu 14 il müddətinə azadlıqdan məhrum edilib.

Buna səbəb isə onun 2 ildir görüşdüyü əfqan sevgilisi Xalid Şəfini öldürmək üçün dostu ilə plan qurmasıdır.

Belə ki, Londonda yaşayan Xalid Şəfi “Costa coffee” kafesinin qarşısında sinəsindən bıçaqlanıb. Bu zaman Fatma Xan həmin anın videosunu çəkərək Snapçatda yayıb və “mənimlə məzələnəndə axırın belə olmalı idı”, – yazıb.

Fatma məhkəmədə bildirib ki, Snapçat aludəçisinə çevrilib və proqramdan əl çəkə bilmir.

Minval.İnfo