“Siz rejissor deyilsiniz! Fəhlə də deyilsiniz. Fəhlə şərəfli sənətdir”.

Axşam.az xəbər verir ki, bu sözləri sosial media hesabında aktyor Fərhad Səmimi serial çəkən rejissorları nəzərdə tutaraq yazıb.

O, rejissorları sərt tənqid edib:

“Siz fəhlə rejissor sistemi quran, prodakşnların qulusunuz! 1 illik layihəni 6 aya tamamlamaq igidlik deyil. Vaxtından tez dərilən meyvə kimi işləriniz də kaldır. Üzünüzə deməsələr də, cəmdəyinizə söyürlər biləsiniz”.