Hindistanın Bihar ştatında hər il yüzlərlə kişi qaçırılıb zorla evləndirilir.

Minval.İnfo xəbər verir ki, Hindistanın bu yerində kişilərin qaçırılması adi hal alıb. Xüsusilə bəzi ailələrin polislərlə əlbir olaraq törətdikləri bu cür cinayətləri ört-basdır etdikləri iddia olunur.

Hindistanda evlilik müqəddəs sayılır. Ölkə əhalisinin böyük bir hissəsi kassa sisteminə inandığından burada eyni kassalardan olan insanların evlənməsi vacibdir. Məsələ belə olan halda evlənməyə namizəd axtarılanda eyni kassadan birinin tapılması problemi yarana bilir.

Bu zaman ailələr öz qızlarına uyğun gördükləri namizədləri muzdlu quldurlar vasitəsilə qaçırır və əvvəlcədən polislə əlbir olduqlarından cəza almadan bu işdən qurtula bilirlər.

“Səni asmırıq, sədəcə toyunu keçiririk”

Vino Kumar adlı gənc də bu sistemin qurbanıdır. Kadrlardan göründüyü kimi evlənmək istəməyən gənc oğlan ağlayır. Ailə isə qarşılığında “Səni asmırıq, sadəcə toyunu keçiririk” deyir.

2016-cı ildə 3000 kişi qaçırılıb

Bundan başqa kişi qaçırma Hindistanın bəzi yerlərində adətdir. “Pakadua Vivah” adlanan adətə görə kasıb ailələr, xüsusilə qızlarına yetərincə cehiz ala bilməyən ailələr pul ilə quldurlar icarəyə götürüb, bu əməli edə bilirlər.

Tamerlan Mehdi

Minval.İnfo