Bildiyiniz kimi “Səbail” FK ölkə çempionatının bürünc medallarına sahib oldu və Avropa Liqasının təsnifat mərhələsinə adladı. İyul ayında başlayacaq təsnifat mərhələsinin hazırlığına “Dənizçilər” artıq iyundan başlayıb. Buna görə də bu gün “Asco Arena”da “Səbail” futbol klubunun məşqini izlədik və komanda üzvlərindən müsahibələr aldıq. İlk müsahibimiz “Dənizçi”lərin kapitanı Rahid Əmirquliyev oldu.

– Rahid komanda daxilində ab-hava necədir ?

– 1 həftədir toplanmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır, məşqlər yaxşı keçir.Toplanışın ilk mərhələsində olanların hamısı yerli futbolçulardır. Əcnəbi və milli komandada çıxış edən futbolçular hələ toplanışa qatılmayıblar. Əsasən, fiziki məşqlərə üstünlük veririk, ümumilikdə hər şey qaydasındadır.

– Azərbaycan Premyer Liqadasında yeni mövsümdə hədəfləriniz nədir?

– Yeni mövsümə ciddi şəkildə hazırlaşırıq, bəzi transferlərdə olunacaq ki, komanda güclənsin. Bu il təbii ki, çempion olmağa çalışacağıq. Düzdür, bu mövsüm çempion olmağımız real görünməsə də, ötən mövsüm heç kim inanmırdı, biz bürünc qazanarıq, amma bu oldu. İnanıram, gələn mövsüm çempion ola bilərik.

– Gənc komandasınız, 3 ildir ki, fəaliyyət göstərirsiniz. Bu il ilk dəfədir ki, Avropa Liqasında çıxış edəcəksiniz, bununla bağlı qarşınıza hansı hədəflər qoyulub ?

– “Səbail” gənc komandadır, amma buna baxmayaraq heyətimizdə Avroliqada iştirak etmiş bir çox oyunçular var, onların təcrübəsindən maksimum istifadə etməyə çalışacağıq. Ona görə də, ən azı ilk mərhələni keçmək lazımdır, ikinci mərhələdə daha güclü klublar var, bunlardan “Ayntraxt”, “Espanyol”, “Latsio”nu qeyd edərəm, amma biz də var gücümüzü ortaya qoyub, ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq.

– Rahid, uzun illər milli komandanın aparıcı oyunçusu və kapitan olmusan. Bu gün isə milliyə dəvət almırsan. Səbəbi nədədir ?

– Bəli, uzun illər millidə çıxış etmişəm. Vitse-kapitan olmuşam, Robert Prosineçkinin vaxtında kapitan olmuşam. Özümü milliyə hazır hesab edirəm. Hər şey normaldır, zədə yoxdur, şükürlər olsun, əlavə də məşqlərdə daim iştirak edirəm. Milliyə çağırılmamağımın səbəbini bilmirəm, bunu məşqçinin özündən soruşsanız daha yaxşı olar. Amma bu onun qərarıdır, hörmətlə yanaşıram.

– Avqust ayında milli çempionat başlayır, ondan əvvəl Avropa Liqasının oyunları var. Milli komandaya futbolçu dəvəti avqustun axırı baş tutacaq. Qarşına məqsəd qoymusan ki, gələn oyunlara sən də,dəvət alasan?

– Təbii hər bir futbolçu istəyir ki, millidə çıxış etsin. Mən onsuz da hər zaman məşqlərimi edirəm, daim komandamın qalib olması üçün çalışıram. Yenə də çalışam ki, milliyə dəvət alım, dəvət edər, ya etməz onun işidir.

Minval.info-nun əməkdaşı həmçinin komandanın digər üzvü Elvin Yunuszadədən də müsahibə alıb.
– Elvin, bu barədə Rahidlə danışdıq istəyirik, sənin də fikrini bilək. Avropa liqasında minimum hədəf nədir ?