Buffon üçün transfer təklifi

Argentinanın önəmli klublarından “Boca Juniors” Buffonu transfer etmək istəyir

Argentina mətbuatında yayılan xəbərlərə görə, klub təklifini “Juventus”-un əfsanəvi qapıçısına bildirib. Karlos Tevezin vasitəçiliyi ilə keçirilən transfer toplantısında Argentina klubu Buffonu razı salmağa çalışıb.

“Boca Juniors” rəsmiləri “Copa Libertadors” çempionatında qalib gəlmək üçün Buffonun yardımçı olacağını düşünürlər. Buffon razılaşarsa, onun komandada fəaliyyəti 6 ay olacaq.

Minval.info