Hesablama Palatasının 2017-ci ildə sona çatdırılmış nəzarət tədbirləri üzrə nöqsanlara yol vermiş 258 nəfər vəzifəli şəxsə qarşı müxtəlif intizam tədbirləri tətbiq olunub.
Minval.info xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqqında hesabatında deyilir.
Onlardan 9 nəfəri işdən azad olunub, 14 nəfərinə şiddətli töhmət və 138 nəfərinə töhmət verilib, 8 nəfərə ciddi xəbərdarlıq edilib.