İsveçli alimlər insanların qan qrupları ilə xərçəngə tutulma riskinin bağlılığını aşkarlayıblar.

“Qafqazinfo” xəbər verir ki, 35 il boyunca müayinə edilən 1 milyondan çox insanın göstəricilərinə əsasən, II qan qrupundan olanlar daha çox mədə xərçəngi riski daşıyırlar. III və IV  qan qrupundan olanlar isə daha çox mədəaltı vəzi xərçənginə tutula bilərlər.

Xərçəngə daha dayanıqlı olanlar isə I qan qrupundan olan insanlardır.

Alimlər, bundan başqa, xərçəng riskini spirtli içki, siqaret və steroid olmayan həblərin artırdığını bildirib, insanlara bununla bağlı xəbərdarlıq ediblər.