Bu ölkənin prezidenti Səudiyyədə yoxa çıxdı

24 oktyabrda Gələcəyə İnvestisiya Konfransında iştirak etmək üçün Səudiyyə Ərəbistanına yollanan Qabonun prezidenti Əli Bonqodan xəbər yoxdurö

Qaynarinfo TRT-yə istinadən xəbər verir ki, aradan bir ay keçsə də, Afrika ölkəsinin başçısından heç bir xəbər almaq mümkün olmayıb.

Qabon rəsmiləri prezidentin Riyadda səhhətinin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Amma Afrika Birliyi bu açıqlamanı yetərli hesab etməyib və Riyada nümayəndə heyəti göndərmək qərarına gəlib. Heyət həm ölkədəki siyasi vəziyyət, həm də Əli Bonqonun vəziyyəti ilə bağlı məlumat toplayacaq.

Afrika Birliyinin rəhbəri Əli Bonqonun səhhəti ilə bağlı bəzi məlumatlardan narazılıq keçirdiklərini ildirib.

Qeyd edək ki, təxminən ir il əvvəl Livanın baş naziri Səad Həriri Səudiyyə Ərəbistanında yoxa çıxmışdı. Bir müddət sonra üzə çıxan baş nazir istefa verdiyini açıqlamış, lakin onun bu qərarı birmənalı qarşılanmamışdı. Səudiyyə rəhbərliyi tərəfindən girov götürüldüyü deyilən baş nazirin istefaya məxbur edildiyi bildirilirdi. Sonradan vətəninə qayıdan Həriri istefasını geri götürmüşdü.

Bir müddət əvvəl isə Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda jurnalist Camal Qaşıqçı qətlə yetirilib. Jurnalist öldürüldükdən sonra doğranıb və cəsədi hələ də tapılmayıb.

Minval.İnfo