“Aparat gəlir, yoldadır. Kimin qurdu var onu göstərəcək. Kişi, qadın fərqi yoxdur. Qurd səndə də var, onda da var. Qurdlu-qurdlu insanlar şou aləmində çoxdur”.

Milli.Az xəbər verir ki, bu sözləri Zaur Kamal aparıcısı olduğu proqramda deyib.

Verilişin müğənni qonağı Rahidə Baxışova aparıcının bu ifadəsinə yüksək səslə narazılığını bildirib:

“Ay Zaur, bu nə söhbətlərdir efirdə edirsən?”.

Zaur Rahidəyə yenidən “Qurdlu insanlar yoxdur?” sualını ünvanlayıb. Müğənni Zaura “Yəni xasiyyəti pis insan?” sualını verib. Zaur “Hə, qurdlu insan” deyib.

Rahidə gülərək “Onda bura gərək heç kəs çıxmasın” cavabı ilə diqqət çəkib.