“Sachs Media Group” və “Phojoe” şirkətləri zamansız köçən bəzi məşhurlar “İndi yaşasaydılar və necə görünərdilər” sualına cavab tapmaq üçün maraqlı bir iş görüblər.

Onlar komputer texnologiyasının köməyi ilə həmin məşhur müğənnilərin indiki görüntülərini təqribi düzəldiblər.

Minval.İnfo həmin fotoları təqdim edir.

1.Bob Marli

Bob Marley

“Raggae” musiqisinin usta ifaçılarından olan Bob Marli 1981-ci ildə 36 yaşında vəfat edib. İndi sağ olsaydı 73 yaşında olardı.

2.Con Lenon

John Lennon

“Beatles” qrupunun yaradıcısı 1980-cı ildə 40 yaşında vəfat edib. Sağ olsaydı onun 77 yaşı olacaqdı.

3.Elvis Presli

Elvis Presley

Rokun kralı Elvis 1977-ci ildə 42 yaşında vəfat edib. Əgər sağ olsaydı 83 yaşını tamamlamış olacaqdı.

4.Cenis Coplin

Janis Joplin

Məşhur qadın rok ifaçısı 1970-ci ildə 27 yaşında vəfat edib. Sağ olsaydı 75 yaşında olacaqdı.

5.Cimi Hendrik

Jimi Hendrix

Rok ifaçısı və gitarist Cimi Hendrik 1970-ci ildə 27 yaşında vəfat edib. Sağ olsaydı 75 yaşında olacaqdı.

6.Bobbi Derin

Bobby Darin

1973-ci ildə 37 yaşında ölən müğənni sağ olsaydı 82 yaşı olacaqdı.

7.Kurt Kobein

Kurt Cobain

1994-cü ildə 27 yaşında vəfat edən müğənni sağ olsaydı 51 yaşı olacaqdı.

Tamerlan