Mingəçevirdə 200 şagirdi olan yardımçı məktəb qəzalı vəziyyətə düşdü. 

News24.az-ın xəbərinə görə. Mingəçevir şəhid B.Şıxəliyev adına 6 saylı məktəbdə hadisə baş verib. Məktəbin yardımçı binasının əsas stunu qəzalı vəziyyətə düşüb. Bu gün məktəbdən 200 şagird əsas korpusa köçürülüb. Qeyd edək ki, 6 saylı məktəb 1954 cü ildə istifadəyə verilib. 1993 cü ildən məktəbin əsas binasında məcburi köçkünlər yerləşdirilmişdi. Ona görə 2003 cü ildə məktəbin yardımçı binası inşa olunub. Hal-hazırda yardımçı bina qəzalı vəziyyətə düşdüyündən sinif otaqlarında dərs keçmək mümkün deyil. Məktəbə FHN, şəhər təhsil şöbəsinin nümayəndələri baxış keçirib.

Qeyd edək ki, məktəb binası uçmaq təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən yardımçı binada dərs keçmək qadağan olunub.