Картинки по запросу dollar köçürmə yolu il

FIFA hesabatında futbol klublarının yay transfer pəncərəsində nə qədər xərcləndiyini açıqlayıb.

Minval.İnfo xəbər verir ki, iyunun 1-dən sentyabrın 1-nə qədər davam edən yay transfer pəncərəsində futbol klubları 5.44 milyard dollar xərcləyərək yeni rekordu müəyyənləşdiriblər.

Transfer mövsümü ərzində dünyada 8.401 transfer baş tutub. Ötən il transfer mövsümündə isə 7.590 transferə 4.71 milyard dollar xərcləyiblər.

Avropanın əsas 5 aparıcı liqalarılarının (İngiltərə, Fransa, Almaniya, İtaliya, İspaniya) klubları transfer bazarında ümumi dövriyyənin 77.5 faizini təşkil edib. Bu liqalardakı komandalar transferlərə 4.21 milyard ödəyiblər. Bu rəqəm ötən il 3.67 milyard olub.

Emil

Minval.İnfo