“Qarabağ”ı izləyən Avropa nəhəngləri

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi “Kukesi”ni qəbul edəcək.

Minval.info xəbər verir ki, ilk oyunda rəqib meydanda qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma azarkeş önündə qələbə qazanmaq niyyətindədir.

“Qarabağ” bu mərhələni keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 

 

21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya)

Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)