Bu gün – 21 Sentyabr Beynəlxalq Sülh Günü olaraq qeyd olunur.

BMT tərəfindən 1981-ci ildən etibarən qeyd olunan bu gün Dünya üzərində insanların sülh və barış ideyalarının inkişafı üçün atılmış ən uğurlu addım olaraq qəbul olunur. BMT bu günü 2001-ci ildən etibarən “şiddətsiz və atəşkəs günü” olaraq qeyd edir.

Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day”-i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.

21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 sentyabr bütün planet insanları üçün çox vacibdir. İrqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var.

Vüqar

Minval.İnfo