Məlum olduğu kimi, Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb. Bu kartlarla həmçinin ölkəmizə səfər edən əcnəbilər endirimlər əldə edə biləcək.

Minval.info-nun xəbərinə görə, iqtisadçı ekspert Qubad İbadoğlu turistlərin üçün atılan addım ilə bağlı fikirlərini bildirib.

İbadoğlu qeyd edib ki, əgər bu kartlar sahibinə çoxsaylı xidmətlərdən istifadə zamanı endirim verirsə, onu normal qəbul etmək olar: “Amma nədən Bakıya gələn turist ictimai nəqliyytadan pulsuz istifadə etmək hüququna malik olmalıdır? Məgər, biz xarici ölkələrə gedəndə turist olaraq həmin ölkələrdə icimai nəqliyyatdan pulsuz istifadə edirik? Görəsən, tursitləri metroda və avtobusda 20 qəpiklik ödəniş haqqından azad etməklə Bakıya gəzməyə gəlməyə həvəsləndirmək kimi absurd ideya kimin ağlının məhsuludur? Sizcə, bu diskriminasiya paytaxt sakinlərini aşağılamırmı? Bəlkə “Azal” onlara öz reyslərində pulsuz gediş-gəliş bileti də təklif etsin? Necə təklifdir?”

Minval.info