Braziliya yığmasının azarkeşləri Cənubi Koreyaya məğlub olduqdan sonra mundialla vidalaşan Almaniya millisi üçün simvolik “dəfn mərasimi” keçirib.

Oxu.Az xəbər verir ki, Livanda çəkilmiş həvəskar görüntüdə Braziliya fanatlarının çiyinlərində sarı-qara zolaqlı Alman bayrağına sarılmış iki tabutu daşıdığını görmək olur.

Videonu yayan istifadəçi, fanatların bu mərasimini, onların Almaniya yığmasının DÇ-2014-ün yarımfinalında Braziliyanı biabırçı hesabla məğlub etməsindən yanıqlı olması ilə izah edib.

Xatırladaq ki, iyunun 26-da Cənubi Koreya yığmasına 0:2 hesabı ilə məğlub olan Almaniya millisi 1/8 finala çıxa bilməyib və dünya çempionatındakı iştirakını dayandırıb.