Türkiyə tarixinin ən böyük yazarlarından olan Ömər Seyfəddinin taleyi haqqında maraqlı məlumatlar ortaya çıxıb.

Ömər Seyfəddin 1884-cü ildə Türkiyənin Balıkesir şəhərində dünyaya göz açıb. Uşaqlığını isə İstanbulda keçirib və elə burada da böyüyüb. Edirne hərbi liseyini bitirdikdən sonra hərbi akademiya daxil olub. Akademiyadan məzun olduqdan sonra leytenant rütbəsində Kuşadasına təyinat yerinə göndərilib. Daha sonra müəllim kimi təyin olunduğu İzmir Jandarma Məktəbi isə onun üçün bir dönüş nöqtəsi olub. 1909-cu ildə “Yeni Lisan” adlı ilk yazısını çap etdirib. Ən maraqlısı isə o ilk yazısını imzasız olaraq yayımlamışdı. “Genc kalemler” adlı jurnalda yayılan ilk yazısı həmin dövrün yazarları tərəfindən ədəbiyyata verilən yeni ruh adlandırılıb. Ömər Seyfəddinin daha 140 hekayəsi dərc olunub.

Mili edebiyat akımının ve çağdaş Türk öykücülüğünün öncülerinden biriydi Ömer Seyfettin…

Balkan müharibəsi başlanan zaman “Genc Kalemler” jurnalı da dağılıb. Ömər Seyfəddin də orduya savaşa çağırılıb. Savaş sırasında əsir düşən Ömər Seyfəddin o müddətdə də oxumaq sevgisindən yan keçməyib. Bir illik əsarəti boyunca yeni əsərlər hekayələr yazıb. 1913-cü ildə əsirlikdən xilas olduqdan sonra həyatına yazar və müəllim olaraq davam etməyə qərar verib. Ömər Seyfəddin “Türk Sözü” jurnalının baş yazarı olub. Hekayələrində uşaqlıq xatirələrindən, xalq ənənələrindən, tarixi hadisələrdən, əfsanələrdən və qəhrəmanlıqlardan bəhs edən Ömər Seyfəddin Türk ədəbiyyatında böyük iz buraxıb. Həmin dövrdə tibbin yüksək səviyyədə inkişaf etməməsi səbəbindən şəkər xəstəsi olduğu halda onu rematizma diaqnozu ilə müalicə etdilər.

Genç Kalemler’de çıkan bu ilk yazıdaki görüşleri milli edebiyat akımının başlangıç bildirisi olarak kabul edildi ve küçük hikayeyi tamamen bağımsız bir tür haline getiren Ömer Seyfettin türün gelişmesine 140 hikayeyle katkıda bulundu.

1920-ci ildə fevral ayının 23-də vəziyyəti ağırlaşan yazar təcili xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən martın 6-da həyatını itirib. Xəstə yatağından ölən gününə qədər gözlərini aça bilməyən yazarın yanından yalnız dostu Ali Canip olub. Vəfat etdiyi zaman isə xəstəxanada bir çox adam onu tanımırdı. Beləliklə, yazarın cəsədi sahibsiz hesab edilib və xoşagəlməz hadisələr yaşanıb.

Ne yazık ki dönemin koşullarında şeker hastası olduğu fark edilemedi ve yıllarca acı içinde romatizma tedavisi gördü.

Yazarın cəsədi Tibb İnstitutuna göndərilərək təcrübə keçən tələbələr üçün nümunə olub. Sahibsiz olaraq zənn edilən yazarın cəsədi keçirlən təcrübə zamanı qarnı yarılıb və başı mişarla kəsilib. Həmin keçirilən təcrübədə xatirə şəkili çəkdirilib. Bu şəkil tələbələrin keçdiyi təcrübədən bəhs edən məqalə ilə birlikdə qəzetlərin birində yayımlanmışdı. Şəkildəki qarnı yarılan və başı kəsilən adamın Ömər Seyfəddin olduğunu bilən jurnalistlər xəstəxanaya axışıb. Lakin artıq hər şey üçün çox gec idi.

Cansız bedeninin başına gelen korkunç olaylar da işte bu andan itibaren başladı: Kadavra olarak değerlendirildi, karnı yarıldı, testereyle kafası kesildi.

Məşhur yazarın çiləsi bununla da bitməyib. “Mahmud Baba Haziresi” məzarlığında dəfn edilən yazarın məzarı dəyişdirilib. Səbəb isə onun dəfn olunduğu yerdən avtomobil yolunun salınmasının planlaşdırılmasıydı. Beləliklə, yazarın məzarı “Mahmud Baba Haziresi”dən “Zincirli Kuyu” məzarlığına köçürülüb.

5-arkadaslarinin-sonradan-haberdar-oldugu

6-ama-unlu-yazarin-basina-gelenler

Musavat.com