“Şeremetevo”da baş verimiş təyyarə qəzasında həlak olanların sayı 41-ə çatıb - [color=red]YENÄ°LƏNÄ°B-2 - SÄ°YAHI[/color]“Boeing” şirkəti “737 MAX” modellərinin proqram təminatında olan problemdən daha əvvəl xəbərdar olduğunu etiraf edib.

Modelin ilk satışı ediləndən sonra problem barədə məlumat əldə edilib, lakin bununla bağlı addım atılmayıb. Məsələnin təhlükəsizlik problemi yaratmadığı əsas gətirilib və həlli növbəti proqram təminatı yeniləməsi ilə həyata keçirmək planlaşdırılıb. Şirkət daha əvvəl “737 MAX” modelindəki siqnal sisteminin bütün təyyarələrdə işlək olmadığını açıqlamışdı.

2018-ci ildə “Lion Air” və bu ilin martında “Ethiopian Airlines”a məxsus “737 MAX” model təyyarəsi qəzaya uğrayıb və 346 nəfər həyatını itirib. Hər iki faciənin əsas səbəbi kimi siqnal sistemindəki problem göstərilib. (Qaynarinfo.az)