“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində ədəbiyyat nümayəndələri qonaq olub və bir sıra problemləri dilə gətirib.

Minval.info xəbər verir ki, yazar Sevinc Çılğının sözlərinə görə, onlara sərmayə qoyulmalıdır. O eyni zamanda qeyd edib ki, bu, cəmiyyət tərəfindən normal qarşılanmayacaq:

“”Biz xammalıq, bizə sərmayə qoyulmalıdır. Amma cəmiyyətimizdə böyük problem var. Bizi tez-tez efirə çıxarsalar, kitablarımızı təqdim etsələr düşünəcəklər ki, kiminsə adamıdır. Kimsə arxasında dayanıb, day-dayı var. Bundan əlavə, tutaq ki, mənim çıxışımı bəyənib kitabımı almaq istəyirlər. Haradan tapsınlar? Efir imkanlarımız, arenamız da yoxdur. Deyirik ki, saytlar falan var, amma əksəriyyəti qeyri-ciddidir”.

Veriliş zamanı yazıçı Taleh Mənsur da maraqlı çıxışı ilə yadda qalıb. O, kitab təqdimatlarını qarşılıqlı pul yığıldığı üçün sünnət toylarına bənzədib. T.Mənsur həmçinin kitabların satış qiymətinin baha olduğunu qeyd edib.

Qonaqlar bu sahədə bir sıra çatışmazlıqları dilə gətiriblər. Əsasən maddi cəhətdən ədəbiyyatda qazancın olmadığını söyləyiblər.

Minval.info