“Bitcoin”in məzənnəsi 13,6% artaraq 8 022 ABŞ dollarına çatıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, beləliklə sözügedən kriptovalyuta psixoloji həddi aşıb. Bu cür qiymət son dəfə 2018-ci ilin iyul ayında qeydə aınıb.

Qeyd edək ki, mayın 7-də “Bitcoin”in qiyməti 6 min dollar, mayın 12-də isə 7 min dollara yüksəlib.