Körpüdə bir öpüş sevgililərin həyatına son qoyub.

“Ölkə.Az” xəbər verir ki,  Perunun Kusko şəhərində öpüşən cütlük körpüdən yıxılıb.

Faciə 34 yaşlı Meybet Espinoz və 36 yaşlı Hector Vidal gecə klubundan qayıdarkən baş verib. Onlar, körpünün üstündə dayanaraq  öpüşməyə başlayıb. Qadın dəmir məhəccərin üstündə oturaraq qollarını kişinin boynuna qoymaq istəyib. Həmin an sevgililər tarazlığını itirərək, 15 metr yüksəklikdən yıxılıb. Espinos dərhal ölüb, Vidal kəllə sümük sınığı zədəsi alaraq xəstəxanada ölüb. Hadisə körpüdə quraşdırılmış CCTV kamerası tərəfindən qeydə alınıb. Espinos və Vidal alpinist olub.

Onlar alpinist və təlimatçı işləmək üçün Kuskoya köçüblərmiş.