ARB TV-nin “Səhər-Səhər” proramının budəfəki buraxılışı bayram abu-havasında keçib.

Dərgi.az xəbər verir ki, qonaqlar yeni ildəki istəklərini danışarkən, proqramın aparıcısı Gülər Nemət builki arzusunun ərə getmək olduğunu bildirib:

“Mənim 1 arzum var, o da ərə getmək. İstədiyim kimi, birinə ərə getmək istəyirəm. Bu bayramda niyyət edək. Ola bilsin ki, yeni ilin ilk həftəsi, ikinci həftəsi elçi gəlsin, ərə gedək”.