Bakıda 12 yaşlı uşaq itkin düşüb.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. 2007-ci il təvəllüdlü Mürsəlov Əli Mahal oğlu iyulun 8-də saat 13:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı polisi itkin düşmüş Əli Mürsəlovun atası Mahal Mürsəlov məlumatlandırıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.