Binəqədi rayonunda yataqxanada yanğın olub - [color=red]YENÄ°LƏNÄ°B[/color] - [color=red]VIDEO[/color]Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.

Yanğın 7-ci mikrorayonda yerləşən yataqxanaların birində qeydə alınıb. Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Sakinlərin ONA-ya verdiyi məlumata görə, naməlum şəxslər binanın 4-cü mərtəbəsində qeyri-müəyyən şəraitdə yanğın törədiblər. Nəticədə həmin mərtəbənin dəhlizində taxta divar və döşəmə yanıb.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti əməkdaşlarının səyi nəticəsində yanğının mənzillərə keçməsinin qarşısı alınıb.