Cinayətkarların yaxalanmasında əsasən itlərdən istifadə olunması bilinən üsuldur.

Lakin bu gün dünyada bir sıra heyvanlar – atlar, qatırlar, ağcaqanadlar, bir sıra böcək növləri bu işdə istifadə edilir.

Minval.İnfo Publika.az-a istinadən xəbər verir ki, hətta arılardan narkotik, ağcaqanadlardan meyit axtarışında istifadə edilir.

İspaniyanın paytaxtı Madriddə isə polislərdən biri xüsusi hazırlanmış itin necə davranacağını müəyyən etmək üçün biri infarkt keçirirmiş kimi davranır. Bu zaman Panço adlı it bunu hiss edib və polisin üstünə tullanaraq sinəsini masaj edir və başını boynuna qoyaraq nəbzini yoxlayıb.

Məlumata görə, hətta qarğalar və sağsağanlar da insanların axtarışında istifadə edilir. Üsame Bin Ladenin yerinin də bu üsulla tapıldığı iddia edilir. İddiaya görə, Bin Ladenin geyimini geyinən və onun hərəkətlərini təkrarlayan bir nəfər daim qarğalara sevdiyi yeməkləri verir. Daha sonra həmin qarğalar Bin Ladeninin yaşadığı təxmin edilən ərazilərə buraxılır. Sonra qarğalar Ladeni görən kimin onun yanına uçur və bununla da terrorçu tapılır.